24 
Fev
2020
02:54
138
15
4782
Virtual karabakh

Serfer söyüş və təpiklərin köməyi ilə nəhəng yırtıcıdan xilas oldu

24 Fev, 2020
02:54
4782

Serfer söyüş və təpiklərin köməyi ilə nəhəng yırtıcıdan xilas oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Zelandiya sahillərində ağ akula insana hücum edib.

“Sky News” xəbər verir ki, 60 yaşlı Oklend şəhər sakini Nik Minouq okeanda üzərkən akula onun serfinq taxtasını dişləyib.

Özünü itirməyən serfer akulaların gözlərini və burnunu zədələməkdən qorxduqlarını yada salıb.

O, akulanı söyərək sifətinə təpik ilişdirib. Nik balığı gözündən vurmaq istəsə də, onun cəhdi uğursuz alınıb.

“Akullaya “Rədd ol!” qışqıraraq gözündən vurdum. Gözü çox nəhəng idi – üç yumruq boyda”, - N.Minouq qeyd edib.

Nəticədə akula taxtanı buraxaraq serferdən uzaqlaşıb. Sahilə çıxmağı bacarn kişinin bədənində cüzi kəsiklər aşkar edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri