24 
Fev
2020
07:40
107
16
2591
Virtual karabakh

Kombayn sürücüsünü qapıçı qoyan hokkey komandası qalib gəldi

24 Fev, 2020
07:40
2591

Kombayn sürücüsünü qapıçı qoyan hokkey komandası qalib gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Buz kombaynının sürücüsü Devid Eyrs NHL çempionatı çərçivəsində peşəkar komandaların görüşündə oyunçu kimi iştirak edib.

“Sportbox” xəbər verir ki, “Carolina Hurricanes” və “Toronto Maple Leaves” komandalarının görüşündə qeyri-adi hadisə baş verib.

Görüşün ilk dəqiqələrində “tufanların” əsas qapıçısı Ceyms Reymer xəsarət alaraq oyunu davam etdirə bilməyib.

Onun yerinə meydana ikinci qapıçı Petr Mrazek çıxıb, lakin o da xəsarət alıb. Reqlamentə görə hər komanda oyuna iki qapıçı ilə qatıla bilər.

Bu səbəbdən “Hurricanes” fövqəladə addım ataraq qapıçı qismində Torontodakı arenanın 42 yaşlı əməkdaşı Devid Eyrsı buraxıb.

İkinci periodun ortasında oyuna çıxan Eyrs səkkiz seyv edərək iki şayba buraxıb.

Nəticədə komanda 6:3 hesabı ilə rəqibini məğlub edib.

Qeyd etmək lazımdır ki, Eyrs həm də rekorda imza atıb. O hokkey çempionatında debüt oyununda qələbə qazanan ən yaşlı qapıçı olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri