24 
Fev
2020
08:22
22
112
9375
Virtual karabakh

Uğursuz partlayış şəhərə turizm möcüzəsi bəxş etdi - FOTO

24 Fev, 2020
08:22
9375

Uğursuz partlayış şəhərə turizm möcüzəsi bəxş etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dallas (ABŞ-ın Texas ştatı) sakinləri zarafat edirlər ki, artıq Piza şəhərinə getməyə ehtiyac yoxdur, çünki onların şəhərində yeni aşan bina peyda olub.

“Dallas Evening” xəbər verir ki, şəhərdə köhnə binanı yerlə-yeksan edəcək partlayış uğursuz baş tutub.

Nəticədə binanın bir hissəsi əyri formada qalaraq aşmayıb.

Bina dağılacağı istiqamətdə əyildiyi üçün heç bir təhlükənin olmadığı bildirilir.

Hazırda partlayışı həyata keçirən şirkət binanı mexaniki üsul ilə aşırmaq niyyətindədir.

Lakin şəhər sakinləri bunun əleyhinədir. Onlar mütəmadi olaraq bura gəlib binaya tamaşa edir və onun fonunda şəkil çəkdirirlər.

Sakinlərdən bəziləri yeni yaranmış turizm möcüzəsini qorumaq üçün hətta petisiya hazırlayır.

Lakin binanın yerləşdiyi yer bahalı layihə üçün nəzərdə tutulub və “möcüzə” yaxın günlərdə məhv ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri