24 
Fev
2020
15:38
70
179
6087
Virtual karabakh

Bütün dünya virusa görə təlaşdadır, Cavad Zərif zarafat edir - FOTO

24 Fev, 2020
15:38
6087

Bütün dünya virusa görə təlaşdadır, Cavad Zərif zarafat edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsindəki koronavirus xəbərləri ilə bağlı təlaşı zarafatla yüngülləşdirməyə çalışıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, avstriyalı həmkarı Aleksandr Şallenberq ilə Tehranda görüş zamanı Zərif gülümsəyərək bunları deyib:

“And içirəm ki, koronavirus mənə yoluxmayıb. Koronavirus mənə təsir etməyib, salamlaşa bilərik”.

Onun bu zarafatı gülüşlə qarşılanıb.

İranlı rəsmilər öz növbəsində belə görüşmələr üçün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.

Qeyd edək ki, son məlumatlara görə, İranda 47 nəfər koronavirusa yoluxub, 12 nəfər isə bu virusdan həyatını itirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri