24 
Fev
2020
14:54
18
284
6930
Virtual karabakh

200-ə yaxın insan koronavirusa təkrar yoluxub

24 Fev, 2020
14:54
6930

200-ə yaxın insan koronavirusa təkrar yoluxub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Uhan şəhərində koronavirusa 195 təkrar yoluxma halı qeydə alınıb.

REN TV-nin məlumatına görə, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri Dövlət Komitəsi xəbər yayıb.

Hubey əyalətinin yerli hökuməti bununla əlaqədar olaraq sağalan, ancaq təkrar analizlərdə qanında infeksiya müəyyən olunan şəxslər üçün də əlavə 14 günlük karantin elan edib.

Son məlumatlara görə, Çində virusa tutulanların sayı 77 150 nəfərdir, ölənlərin sayı isə 2 592 nəfərə çatıb. 24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata əsasən, hazırda xəstəxanalarda 9 915 nəfər ağır vəziyyətdədir, 77 150 nəfər isə virus daşıyıcısıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri