24 
Fev
2020
17:09
570
83
8952
Virtual karabakh

Türkmənistandan İrana xəbərdarlıq: “Sərhədi keçən iranlılar silahla vurulacaq”

24 Fev, 2020
17:09
8952

Türkmənistandan İrana xəbərdarlıq: “Sərhədi keçən iranlılar silahla vurulacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan İranla sərhədlərini bağlayıb.

Hronikatm.com-un yaydığı xəbərə görə, buna səbəb İranda yayılan koronavirus təhlükəsidir.

İranla sərhəddəki Kaaxka və Qızıl Arvata sərhəd-keçid məntəqələrində sərhədçilər qoruyucu tibbi maska və respiratorlar istifadə edirlər.

Türkmənistan rəsmiləri tərəfindən İran səfirliyinə bildirilib ki, vətəndaşları neytral zonadan keçməsinlər.

Qanunu pozaraq sərhədi keçən iranlıların silahla vurulacağı xəbərdarlığı edilib.

Xatırladaq ki, İranda koronavirusun yayılması səbəbi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Əfqanıstan, İraq və Ermənistan bu ölkə ilə dövlət sərhədlərini bağlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri