25 
Fev
2020
09:47
11
134
2299
Virtual karabakh

Kruiz gəmisində daha bir sərnişin koronavirusdan öldü

25 Fev, 2020
09:47
2299

Kruiz gəmisində daha bir sərnişin koronavirusdan öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Diamond Princess” kruiz gəmisinin daha bir sərnişini koronavirusa görə həyatını itirib.

Bu barədə “RİA Novosti” yerli televiziya kanallarına istinadla xəbər yayıb.

Sərnişin və gəminin heyət üzvləri arasında ölənlərin sayı dördə çatıb.

Sonuncu ölən sərnişinin 80 yaşı olub. Onun cinsiyyəti və vətəndaşlığı barədə məlumat verilməyib.

Ümumilikdə, Yaponiyada koronavirusa 851 yoluxma halı qeydə alınıb. Onlardan 691-i “Diamond Princess” kruiz gəmisinin sərnişini və heyət üzvləridir.

İlk iki sərnişinin öldüyü barədə fevralın 20-də məlumat verilmişdi. Üçüncü sərnişin isə fevralın 23-də həyatını itirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri