25 
Fev
2020
10:43
20
88
2389
Virtual karabakh

“Diamond Princess”də olan ukraynalılar vətənlərinə təxliyyə olunmaq istəmirlər

25 Fev, 2020
10:43
2389

“Diamond Princess”də olan ukraynalılar vətənlərinə təxliyyə olunmaq istəmirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Diamond Princess” kruiz gəmisində olan ukraynalıların əksəriyyəti vətənlərinə təxliyyə edilməkdən imtina ediblər.

Bu barədə “Gromadskoe radio” Ukrayna Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Nazirliyin Konsulluq Xidmətləri İdarəsinin böhran idarəetmə şöbəsinin müdiri Maksim Kovalenkonun sözlərinə görə, “Diamond Princess” kruiz gəmisində olan Ukrayna vətəndaşları vətənlərinə təxliyyə olunmaq istəmirlər. 

Hazırda 23 ukraynalının gəmidə, ikisinin isə xəstəxanada olduğu dəqiqləşdirilib. Onların hamısı ekipaj üzvləridir.

“Həmin şəxslərin öhdəlikləri müqavilə ilə müəyyən edilir, istəkləri də nəzərə alınır. İndiyə qədər onlardan 24-ü artıq Ukraynaya qayıtmaq niyyətində olmadıqlarını bildiriblər”, - deyə Kovalenko qeyd edib.

O deyib ki, Ukraynanın Yaponiyadakı səfirliyi, eləcə də ölkənin Xarici İşlər və Səhiyyə nazirlikləri ukraynalıların fikirlərinin dəyişə biləcəyini istisna etmirlər.

Qeyd edək ki, fevralın 5-də sərnişinlərdən birində koronavirus aşkarlandıqdan sonra “Diamond Princess” kruiz gəmisi Yaponiya sahillərində karantinə alınıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri