25 
Fev
2020
14:03
220
16
6466
Virtual karabakh

Meşədə itkin düşən azyaşlı tapıldı - FOTO

25 Fev, 2020
14:03
6466

Meşədə itkin düşən azyaşlı tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Dağıstan Respublikasında meşədə itkin düşən uşaq tapılıb.

Bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin “İnstagram” hesabında məlumat verilib.

Fevralın 22-də bir qadın Polis İdarəsinə müraciət edərək oğlunun itkin düşdüyünü bildirib.

O, üç yaşlı oğlunun səhər saatlarında evdən çıxdığını və geri qayıtmadığını deyib.

Uşağın axtarışına xilasedicilər, kinoloqlar və bir neçə kənddən könüllülər qoşulub.

Azyaşlı bir gün sonra yaşadığı Qəlib kəndinin 2,5 kilometrliyindən tapılıb.

Uşağı helikopterlə Mahaçqala Respublika Xəstəxanasına çatdırıblar.

Onun vəziyyəti orta ağır qiymətləndirilir: üzü, əlləri və ayaqları donsa da, azyaşlının həyati təhlükəsi yoxdur. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri