25 
Fev
2020
15:18
22
370
8647
Virtual karabakh

İki yaşlı qızını çörək qırıntılarını yerə tökdüyünə görə öldürdü

25 Fev, 2020
15:18
8647

İki yaşlı qızını çörək qırıntılarını yerə tökdüyünə görə öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada qadın azyaşlı övladını çörək qırıntılarını yerə tökdüyünə görə öldürüb.

“RİA Novosti”nin yaydığı xəbərə görə, 28 yaşlı sərxoş qadın çörək qırıntılarını yerə tökən uşağına qəzəblənib.

O, yerə tökülən qırıntıları yığaraq iki yaşlı qızının boğazına tıxayıb. Nəticədə uşaq boğularaq ölüb.

Bundan sonra qadınla birgə yaşayan kişi uşağın cəsədini evdən çıxararaq gizlədib. Hadisə baş verəndən on gün sonra kişi spirtli içkidən zəhərlənərək ölüb.

Bir neçə aydan sonra qadının rəfiqəsi uşağı tapmadıqları ilə bağlı polisə müraciət edib.

Bundan sonra cinayətin üstü açılıb. Əvvəlcə uşağın ölümünü birgə yaşadığı kişinin üstünə atmağa çalışan ana sonradan uşağı öldürdüyünü etiraf edib.

Prokuror onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri