25 
Fev
2020
15:37
43
138
9091
Virtual karabakh

Ölən oğlunun ürək döyüntüsünü eşidən ata göz yaşlarını saxlaya bilmədi - VİDEO

25 Fev, 2020
15:37
9091

Ölən oğlunun ürək döyüntüsünü eşidən ata göz yaşlarını saxlaya bilmədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Virciniya ştatında ötən il qəzada oğlunu itirən ailəyə sürpriz edilib.

“Haber Global”ın məlumatına görə, Reyd ailəsi oğullarının ölümündən sonra onun bütün orqanlarını xəstələrə bağışlayıb.

16 yaşında dünyasını dəyişən Dakotanın ürəyinin verildiyi şəxs uşağın ailəsinə sürpriz hazırlayıb. Belə ki, o, ürək döyüntülərinin səsini yazıb və oyuncaq ayının daxilində yerləşdirib.

Bağlamanı açan ata Con Reyd göz yaşlarını saxlaya bilməyib.  

Ürəyin yeni sahibi Robert Okonnor hədiyyəni özü gətirmək istədiyini, lakin ailənin reaksiyasından ehtiyat etdiyi üçün gəlmədiyini söyləyib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri