25 
Fev
2020
17:04
266
29
6453
Virtual karabakh

Ölməmək üçün sınmış ayağı ilə on saat süründü - FOTO

25 Fev, 2020
17:04
6453

Ölməmək üçün sınmış ayağı ilə on saat süründü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Vaşinqton ştatında ayağı sınan idmançı köməksiz vəziyyətdə on kilometr sürünüb.

“Mirror” nəşrinin yaydığı məlumata görə, 26 yaşlı idmançı Jozef Olendorf “Olimpik” milli parkında qış qaçışı zamanı yıxılaraq ayağını sındırıb.

Həmin ərazidə mobil telefonunun dalğası tutmayan Olendorf kömək çağıra bilməyib.

Soyuq havada donub ölməmək üçün o, on kilometr qarlı və palçıqlı daş yolu sürünərək gedib. Əynində yalnız şort və qolsuz köynək olan Olendorfun dizləri qana boyanıb. On saatdan sonra xilasedicilər tərəfindən tapılan həmin şəxs ailəsini ölümü ilə məyus etməmək üçün sağ qalmağa çalışdığını deyib.

Onu ilk yardım göstərildikdən sonra helikopterlə xəstəxanaya çatdırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri