26 
Fev
2020
09:38
9
104
2147
Virtual karabakh

İran-Türkiyə sərhədində zəlzələ olub

26 Fev, 2020
09:38
2147

İran-Türkiyə sərhədində zəlzələ olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Qərbi Azərbaycan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilir ki, yeraltı təkanlar təqribən yeddi kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, fevralın 23-də eyni ərazidə baş verən 5,7 bal gücündə zəlzələ zamanı Türkiyə-İran sərhədində bir neçə kənddə evlər uçub. Təbii fəlakət zamanı dördü uşaq olmaqla, doqquz nəfər həlak olub, 54 nəfər isə yaralanıb.

Həmin gün axşam saatlarında Xoy şəhərində 5,9 bal gücündə daha bir zəlzələ baş vermişdi. Ancaq təbii fəlakət bu dəfə qurbansız ötüşmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri