26 
Fev
2020
13:13
21
155
6042
Virtual karabakh

Avropanın daha bir ölkəsində koronavirus aşkarlandı

26 Fev, 2020
13:13
6042

Avropanın daha bir ölkəsində koronavirus aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus Avropanın daha bir ölkəsinə - İsveçrəyə yayılıb.

Bu barədə “Hurriyet” İsveçrə Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, ölkənin cənub bölgəsində, İtaliya ilə sərhəddə yerləşən Tiçino kantonunda 70 yaşlı kişinin koronavirusa yoluxduğu müəyyən edilib.

Həmin şəxsin on gün əvvəl İtaliyada olduğu məlum olub.

Qeyd edək ki, bundan əvvəl İsveçrə Daxili İşlər Nazirliyi ölkədə indiyə qədər 300 nəfərin koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini, lakin onların heç birində virusun aşkarlanmadığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri