26 
Fev
2020
16:15
27
197
6670
Virtual karabakh

Şagird riyaziyyat müəllimini bıçaqladı - FOTO

Rusiyanın Ulyanovsk vilayətində şagird müəllimini bıçaqlayıb.

REN TV-nin xəbərinə görə, bu gün səhər saatlarında vilayət məktəblərinin birində 15 yaşlı şagird 59 yaşlı riyaziyyat müəlliminə mətbəx bıçağı ilə xəsarət yetirib.

Şagirdin müəllimi ona aşağı qiymət yazdığı üçün bıçaqladığı təxmin edilir.

Vilayət qubernatoru Serqey Morozov “Facebook” səhifəsində hadisəyə münasibət bildirib:

“Təhsil Nazirliyi və Ulyanovsk şəhər administrasiyası bu məsələ ilə məşğul olacaq və bizə məlumat veriləcək. Biz uşağın nə üçün belə addım atdığını öyrənməliyik. Bu məsələ nəzarətimdədir”.

Qeyd edək ki, faktla bağlı “adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

Hadisə yerində əməliyyat-axtarış qrupu çalışır. Hadisənin təfərrüatları araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri