26 
Fev
2020
15:27
119
18
5108
Virtual karabakh

Türkiyə XİN-dən çağırış: “Bu ölkələrə getməyin”

26 Fev, 2020
15:27
5108

Türkiyə XİN-dən çağırış: “Bu ölkələrə getməyin”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İtaliya və İraqa səyahət etmək istəyən vətəndaşlarına koronavirusla əlaqədar xəbərdarlıq edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Xəbərdarlıqda bildirilir ki, bu ölkələrdə koronavirusa (COVID-19) yoluxanların sayı sürətlə artıb.

Bununla əlaqədar olaraq, ölkə sakinlərindən İtaliya və İraqa səyahət etməmələri tövsiyə olunub. 

İraqda və ya İtaliyada yaşayan, hər hansı bir səbəbdən bu ölkələrə getmək məcburiyyətində qalan vətəndaşlardan isə sağlamlıq tədbirlərinə riayət etmələri, həmçinin Türkiyə diplomatik qurumları ilə həmin ölkələrin rəsmi orqanlarının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlama və xəbərdarlıqlarına əməl etmələri tələb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri