26 
Fev
2020
17:21
293
35
4389
Virtual karabakh

Hakim Sarqsyanın şikayətini rədd etdi

26 Fev, 2020
17:21
4389

Hakim Sarqsyanın şikayətini rədd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Yerevanın ümumi yurisdiksiya məhkəməsində Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın məhkəmə prosesi keçirilib.

“Sputnik Armenia” xəbər verir ki, məhkəmə S.Sarqsyanın vəkillərinin dövlət ittihamçısı Arsen Martirosyanın prosesdən kənarlaşdırılması ilə bağlı qaldırdığı vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası martın 26-na təyin edilib.

Qeyd edək ki, S.Sarqsyan “Flash” şirkətinə himayəçilik etməkdə günahlandırılır.

Sabiq prezident şirkətin tenderdə qalib gəlməsinə yardım edib və nəticədə dövlətə külli miqdarda ziyan dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri