26 
Fev
2020
18:59
294
46
6703
Virtual karabakh

Ruhani: “ABŞ-a koronavirusa yeni bir virus qatmağa imkan verməyin”

26 Fev, 2020
18:59
6703

Ruhani: “ABŞ-a koronavirusa yeni bir virus qatmağa imkan verməyin”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Prezidenti Həsən Ruhani koronavirusun yayılması ilə bağlı İran xalqını ayıq olmağa çağırıb.

En.irna.ir-in yaydığı xəbərə görə, o, düşmənlərinin koronavirusdan istifadə etməklə İrana iqtisadi zərər vurmaq istədiyini deyib.

Onun dediyinə görə, ictimaiyyəti qorxutmaq xarici təbliğatın hiyləsidir.

İran prezidenti “ABŞ-ın koronavirusa yeni bir virus əlavə etməsinə imkan verməməliyik” deyib.

O, insanları şayiələrə əhəmiyyət verməməyə çağırıb.

Ruhani qeyd edib ki, İranda hansısa bir şəhər virus səbəbindən karantinə alınmayıb, sadəcə olaraq məhdudiyyət tətbiq edilən qərərgahlar var.

O, hökumətin bu virusun yayılmasını nəzarətdə saxlamaq üçün əlindən gələn hər şeyi edəcəyini deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri