27 
Fev
2020
06:42
23
121
3099
Virtual karabakh

ABŞ-da polis eyni şəxsi bir gündə üç dəfə həbs etdi

27 Fev, 2020
06:42
3099

ABŞ-da polis eyni şəxsi bir gündə üç dəfə həbs etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Nyu-York ştatında polis bir gün ərzində eyni insanı üç dəfə həbs edib.

Yerli vaxtla saat 09:00-da polis oğurluqda şübhəli bilinən şəxsi həbs edib.

“Fox News” xəbər verir ki, polis həmin şəxsə məhkəməyə baş vurmaqla bağlı sənəd təqdim edərək, onu sərbət buraxıb.

14:30-da eyni şəxs başqa adama hücum etdiyinə görə ikinci dəfə həbs edilib. Polis əməkdaşları müvafiq söhbət apardıqdan sonra onu növbəti dəfə sərbəst buraxıblar.

Bir-neçə saatdan sonra isə sözügedən şəxs üçüncü dəfə həbs edilib.

Məlum olub ki, o başqa insana kərpiclə xəsarət yetirib.

Lakin polis bu dəfə də onu cərimələyərək sərbəst buraxıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri