27 
Fev
2020
12:41
46
186
5461
Virtual karabakh

İranda koronavirus qurbanlarının sayı artır: Cümə namazları ilə bağlı xəbərdarlıq

27 Fev, 2020
12:41
5461

İranda koronavirus qurbanlarının sayı artır: Cümə namazları ilə bağlı xəbərdarlıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda koronavirus qurbanlarının sayı dayanmadan artır.

“HaberGlobal”ın məlumatına görə, İranda yeni növ koronavirusdan ölənlərin sayı 22 nəfərə çatıb.

Virusa yoluxanların 141 nəfər olduğu bildirilib.

İran Səhiyyə naziri Səid Nəmaki virus aşkar edilən bölgələrdə yerləşən məktəblərdə üç gün tətil elan ediləcəyi və universitetlərin bir həftəlik bağlanacağını deyib.

O, türbələrə girişə məhdudiyyət qoyulması, virus riskli ərazilərdə cümə namazlarının qılınmayacağı barədə əhaliyə xəbərdarlıq edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri