28 
Fev
2020
07:15
118
49
2935
Virtual karabakh

Roma Papası xəstəlik səbəbindən messa keçirtməkdən imtina etdi

28 Fev, 2020
07:15
2935

Roma Papası xəstəlik səbəbindən messa keçirtməkdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 27-si Vatıkanın mətbuat xidməti Roma Papası Fransiskin bu günə nəzərdə tutulan messanı keçirtməyəcəyi barədə məlumat yayıb.

“RAİ” xəbər verir ki, buna səbəb Roma Papasının özünü yaxşı hiss etməməsi olub.

Pontifikin nədən əziyyət çəkdiyi barədə məlumat verilmir.

Qeyd etmək lazımdır ki, bu xəbər katolikləri olduqca narahat edib.

İtaliyada artıq bir neçə müddətdir ki koronavirusa görə panika müşahidə olunur.

Ölkədə artıq 528 nəfər bu xəstəliyə yoluxub.

Onlardan 14 nəfəri dünyasını dəyişib, 35 nəfəri isə kritik vəziyyətdədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri