28 
Fev
2020
11:22
70
47
5107
Virtual karabakh

ABŞ-dan İdlibdəki son hadisələrlə bağlı AÇIQLAMA

28 Fev, 2020
11:22
5107

ABŞ-dan İdlibdəki son hadisələrlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Xarici İşlər Nazirliyi Suriyanın İdlib şəhərində Türkiyə silahlı qüvvələrinə edilən hücuma münasibət bildirib.

“Hürriyet”in yaydığı xəbərə görə, nazirlik bu barədə yazılı açıqlama hazırlayıb.

“NATO müttəfiqimiz Türkiyənin yanındayıq. Bu vəziyyətdə Türkiyəni ən yaxşı formada dəstəkləyə bilmək üçün mümkün variantları dəyərləndiririk”, - deyə açıqlamada bildirilib.

ABŞ XİN səlahiyyətliləri Suriya, Rusiya və İran tərəfindən dəstəklənən qüvvələri Türkiyə hərbçilərinə hücuma son qoymağa çağırıb.

Qeyd edilir ki, ABŞ İdlibdə baş verən hadisələri dəqiq nəzarətdə saxlamaq üçün Türkiyə rəsmiləri ilə əlaqə saxlayır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri