28 
Fev
2020
15:40
25
129
13459
Virtual karabakh

Çində koronavirusdan ölən ilk şəxsin ekspertiza nəticələri açıqlandı

28 Fev, 2020
15:40
13459

Çində koronavirusdan ölən ilk şəxsin ekspertiza nəticələri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində koronavirusdan ölən ilk şəxsin ekspertiza nəticələri açıqlanıb.

“Forensic Medicine” jurnalında bu barədə hesabat dərc olunub.

Nəticələrə əsasən məlum olur ki, virus tənəffüs yollarının və ağciyər alveollarının dərinliyinə qədər nüfuz edib. Xəstəliyin patologiyası atipik pnevmoniyaya bənzəyir.

Mütəxəssislərin fikrincə, virusun digər daxili orqanlara da yoluxduğunu müəyyən etmək hələ çətindir, bunun üçün daha dərin araşdırmalar aparmaq lazımdır.

Məlum olub ki, koronavirusa yoluxma ağ ciyərlərdə fibroz və sıxılma SARS virusunda olduğu qədər ciddidir.

Qeyd edək ki, yanvar ayında çoxsaylı beyin infarktı ilə xəstəxanaya yerləşdirilən 85 yaşlı kişi Çində koronavirusdan ölən ilk şəxs olub.

Tibb müəssisəsinə qəbul olunduqda onda koronavirus əlamətləri olmayıb, lakin müalicənin onuncu günündə həmin şəxsdə boğaz ağrısı və yüksək hərarət başlayıb.

Kompüter tomoqrafiyası xəstənin ağciyərlərində infeksiyanın olduğunu təsdiqləyib. Üç gün sonra həmin adamda “COVID-2019” təsdiq edilib. Onu xilas etmək mümkün olmayıb, xəstəxanaya yerləşdiriləndən 28 gün sonra o, ölüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri