28 
Fev
2020
19:24
41
328
9076
Virtual karabakh

Ev heyvanında koronavirus aşkar edildi

28 Fev, 2020
19:24
9076

Ev heyvanında koronavirus aşkar edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Honq Konq bölgəsində ilk dəfə ev heyvanında koronavirus aşkarlanıb.

Bu barədə “The new York Post” Çinin Kənd Təsərrüfatı, Balıqçılıq və Təbiəti Mühafizə Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinadən məlumat verib.

Məlumatda bildirilir ki, koronavirus daha əvvəl yoluxmuş sahibindən itə keçib.

İtin Honq Konq limanında heyvanlar üçün xüsusi otaqda karantində saxlanıldığı qeyd edilib.

Alimlərin fikrincə, hazırda heyvanların insanlardan virusa yoluxub-yoluxa bilməyəcəyi məlum deyil.

İt sağalana qədər karantində saxlanılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri