29 
Fev
2020
10:15
21
277
6474
yuxarı
Gürcüstanda koronaviruslu şəxs səhvən xəstəxanadan buraxıldı - VİDEO
29 Fev, 2020
10:15
6474
21
277
Gürcüstanda koronaviruslu şəxs səhvən xəstəxanadan buraxıldı - VİDEO
Gürcüstanda koronaviruslu iranlı səhvən xəstəxanadan buraxılıb.
Bu barədə rusiyalı aparıcı Olqa Skabeyeva öz “Telegram” kanalında video yayımlayıb.
Belə ki, Gürcüstanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən İran vətəndaşına karantindən buraxıldığı deyilib.
O, xəstəxananın qarşısında jurnalistlərə və fotoqraflara Gürcüstan hökumətinə və xəstəxana heyətinə təşəkkür ünvanladığı məktubunu oxuyub. Bu zaman tibb işçiləri onun qollarından tutaraq, yenidən xəstəxanaya qaytarıblar.
Məlum olub ki, xəstəxanada onun nəticələri səhv salınıb.
O.Skabeyeva buna görə hazırda həmin jurnalistlərin, fotoqrafların və onlarla ünsiyyətdə olan onlarla insanın təhlükəli vəziyyətdə olduğunu bildirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək