29 
Fev
2020
11:22
18
242
7223
Virtual karabakh

Gənc qadın antibiotiklərə görə tanınmaz hala düşdü - VİDEO

29 Fev, 2020
11:22
7223

Gənc qadın antibiotiklərə görə tanınmaz hala düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Antibiotiklərə allergiyası olan gənc qadına təcili yardım otağında sistem vurulduqdan sonra tanınmaz hala düşüb. 

“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin Samsun şəhərində qeydə alınıb.

İddiaya görə, 30 yaşlı Çilem Kelleci idrar yolu infeksiyası şikayəti ilə təcili yardıma müraciət edib. Həkimlərə antibiotiklərə qarşı allergiyasının olduğunu söylədiyini iddia edən gənc qadın, buna baxmayaraq ona 3 dərmanlı bir sistem vurulduğunu bildirib. Bundan sonra o, görmə qabiliyyətini itirib, dərisi isə yara basıb.

“İdrar yolu infeksiyası ilə əlaqədar təcili yardıma müraciət etdim. Mənə antibiotik verdilər. Həkimlər dedilər ki, bir qutunu istifadə et, ikinci qutu bitəndən sonra əməliyyat olunacaqsan. Birinci qutunu bitirdikdən sonra temperaturum yüksəldi. Təkrar xəstəxanaya müraciət etdim, orada mənə sistem vurdular. Evə qayıtdım, səhəri yenə qızdırmam yüksəldi. Müraciət etdiyim həkim digər həkimin verdiyi antibiotikin fayda vermədiyini deyərək, mənə bir kokteyl hazırladı. Sonra o, iki-üç dərmanı sistemə qatdı. Evdəki antibiotiki də qəbul etməyin bir ziyanı olmayacağını dedi.

Onun dediyi kimi etdim. Həmin gecə görmə qabiliyyətimi itirdim. Yuxudan ayılanda kürəyim qaşınırdı. Anam kürəyimə baxdı, dərim qabıq vermişdi. Təcili yardıma getdik. Antibiotikdən allergiyam yarandığını dedilər. Sistem vurub təkrar məni evə göndərdilər. O gecə səhərə qədər yatmadım. Bədənimdə müxtəlif dəyişikliklər baş verdi. Daha sonra Samsun Elm və Araşdırma xəstəxanasına getdim. Orada hamı mənə canlı bomba kimi baxırdı. Hər an nəfəsim kəsilə bilərmiş. Oradan məni Tibb fakültəsinə göndərdilər”, - deyə qadın bildirib.

15 gün xəstəxanada yatan Çilem Kelleci 13 gün görmə qabiliyyətini itirib, şüuru özündə olmayıb. Bədəninin hər yerini yaralar basıb.

Buna görə məhkəməyə müraciət edən gənc qadın həkim və xəstəxanadan şikayət edib.

İddia ilə əlaqədar istintaq başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri