Mar
2020
21:52
167
20
5129
Virtual karabakh

Ukraynada Baş nazir dəyişdi

4 Mar, 2020
21:52
5129

Ukraynada Baş nazir dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada növbəti dəfə hökumət dəyişikliyi baş verib. 

“RİA Novosti” xəbər verir ki, Ukrayna Ali Radasının növbədənkənar iclasında Baş nazir Aleksey Qonçaruk istefaya göndərilib. 

Onun yerinə isə Prezidentin təqdimatı ilə Baş nazirin müavini, icmalar və ərazilərin inkişafı naziri Denıs Şmıqal təyin olunub. 

Şmıqal artıq öz kabineti ilə bağlı namizədlərini də Radanın müzakirəsinə təqdim edib.  

O, Daxili İşlər Naziri olaraq yenidən Arsen Avakovun namizədliyini irəli sürüb. Maliyyə naziri kimi isə uzun illər bu nazirlikdə müavin kimi çalışmış İqor Umanski təklif olunub. Umanski 2009-2010-cu illər Maliyyə naziri olmaqla yanaşı 2016-cı ildən 2019-cu ilə qədər Pyotro Paraşenkonun məsləhətçisi kimi fəaliyyət göstərib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri