25 
Mar
2020
13:22
174
30
7605
Virtual karabakh

Bu ölkədə koronavirusa görə küçəyə çıxmaq qadağan edildi

25 Mar, 2020
13:22
7605

Bu ölkədə koronavirusa görə küçəyə çıxmaq qadağan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən çox əhalisinə sahib ikinci ölkəsi olan Hindistanda Baş nazir Narendra Modi vətəndaşlara 21 gün evlərindən çölə çıxmağa qadağa qoyub.

Sondakika.com xəbər verir ki, baş nazir bu qadağanı koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə etdiyini açıqlayıb.

O, insanlardan bir-birilərindən uzaq qalmaqlarını istəyib.

Bunun tək çıxış yolu olduğunu vurğulayan Modi mərkəzi hökumət və əyalətlərin əsas ehtiyaclarını təmin etmək üçün səhiyyə sektorunun infrastrukturunu gücləndirmək məqsədilə iki milyard dollar ayrıldığını deyib.

Qeyd edək ki, 1,3 milyard insanın evlərindən çölə çıxmasının qadağan olunduğu Hindistanda koronavirus səbəbindən indiyə qədər 10 nəfər həyatını itirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri