26 
Mar
2020
16:37
52
300
2816
Virtual karabakh

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

26 Mar, 2020
16:37
2816

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın 41 dövlətində üç milyard insan bu və ya digər səviyyədə təcrid vəziyyətindədir.

Bu, “Sky News”un hesablamalarından sonra bəlli olub.

Məlumata görə, 1,5 milyard insan sərt karantin vəziyyətindədir. Məsələn, İtaliyada və Avropanın bir sıra digər ölkələrində evdən çıxmaq cərimə ilə nəticələnir. 

Bildirilir ki,  35 ölkədə martın sonuna qədər məktəblər bağlanıb. Bir sıra ölkələrdə kütləvi tədbirlər ləğv olunub.

Çində isə son həftə ərzində məhdudiyyət tədbirləri zəifləyib.

ABŞ-ın Con Hopkins Universitetinin son məlumatlarına görə, dünyanın 196 ölkəsində 480,4 min yoluxma halı qeydə alınıb. Yoluxanlardan 115,8 mini sağalıb, 21,5 mini ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri