27 
Mar
2020
10:47
110
29
5261
Virtual karabakh

Pandemiya dövründə mağazadan necə alış-veriş etməliyik?

Koronavirus pandemiyası dövründə mağazalara, yaxşı olar ki, müştərilərin az olacağı vaxt – səhər tezdən və ya gecə gedilsin. Üzərində az toz saxlayan geyim seçilməli, evə qayıtdıqda isə geyim nəm parça ilə silinməlidir.

Lenta.ru-nun məlumatına görə, bunu Ümumrusiya İstehlakçılar Birliyinin “Roskontrol” ekspert mərkəzi bildirib.

Tövsiyə xarakterli məktubda, həmçinin, saçın tam örtülməsi məsləhət görülür.

Qeyd olunur ki, müdafiə məqsədilə maska taxmağın effekti azdır, iki metrdən az olmayan sosial məsafəni qorumaq daha məqsədəuyğundur.

Bundan başqa, xəstə görünüşlü, asqıran, öskürən insanlardan uzaq durmaq lazımdır.

Məhsulları daşımaq üçün səbət deyil, araba daha yaxşıdır, bu yolla başqa insanların toxunduğu əşyalarla daha az təmas etmiş olarsınız.

Fabrik qablaşdırmasında olan məhsullar üzərinə yoluxmuş şəxsin öskürməsi ehtimalı ilə təhlükəli ola bilər. Bu səbəbdən, evə gəldikdə qutu nəm parça ilə silinməlidir.

Termik işlənmə olmayacaqsa, qablaşdırılmamış məhsullardan uzaq durmaq yaxşıdır.

Nağd ödəmə təhlükəsizdir, lakin pulun qalığı qaytarılarsa, yeni əskinaslar virus mənbəyi ola bilər. Kart və mobil ödəniş sistemləri yoluxma baxımından zərərsizdir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri