28 
Mar
2020
09:27
26
199
1554
Virtual karabakh

Latın Amerikasında koronavirusa yoluxanların sayı 11 min nəfəri keçdi

28 Mar, 2020
09:27
1554

Latın Amerikasında koronavirusa yoluxanların sayı 11 min nəfəri keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

600 milyon nəfərdən çox əhalisi olan Latın Amerikasında koronavirusa yoluxma halı 11 mini keçib.

Cons Hopkins Universitetinin paylaşdığı son məlumatlara görə, şimalda Meksikadan başlayaraq, cənubda Argentina və Çiliyə qədər ərazidə 11 145 nəfər koronavirusa yoluxub. Bunlardan 209 nəfərin öldüyü bildirilir.

130 milyon nəfərə yaxın əhalisi olan Meksikada səkkiz ölüm, 585 yoluxma faktı aşkar edilib.

Mərkəzi Amerika ölkələrində virusa ən çox yoluxma halı Panamada (674 nəfər), Kosta-Rikada (263) və Hondurasda (68) müşahidə edilib.

Ada ölkələrindən olan Dominikan Respublikasında 581 nəfərin virusa yoluxduğu bildirilir.

Cənubi Amerikada virusa ən çox yoluxma 210 milyon nəfər əhalisi olan Braziliyadadır. Bu ölkədə 3 417 nəfər virusa yoluxub, 92 nəfər isə ölüb. Ondan sonra 1610 yoluxma ilə Çili və 1595 yoluxma ilə Ekvador qeyd edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri