29 
Mar
2020
21:59
439
47
9686
Virtual karabakh

Moskvada yaşından asılı olmayaraq hər kəs özünütəcrid rejiminə keçir

29 Mar, 2020
21:59
9686

Moskvada yaşından asılı olmayaraq hər kəs özünütəcrid rejiminə keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada koronavirusun yayılmasının qarşısını almaq məqsədilər xüsusi rejim tətbiqolunacaq. 

“RİA Novosti” xəbər verir ki, sabahdan etibarən Moskvanın bütün sakinləri üçün özünütəcrid rejimi tətbiq ediləcək və bu zaman yaş senzi nəzərə alınmayacaq. 

Bu barədə şəhərin meri Sergey Sobyaninin saytında açıqlama paylaşılıb. 

Rejimin şərtləri aşağıdakı kimidir:  

- Mənzildən çıxmağa yalnız təcili tibbi yardım üçün müraciət edildikdə, həyat və sağlamlığa digər birbaşa təhdidlər halında icazə veriləcək.  

- Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib halda işə getmələri tövsiyə edilib. 

- Şəhər sakinləri ən yaxın ərazidə işləyən mağaza və ya aptekdən alış-veriş edə biləcəklər.  

- İnsanlar ev heyvanlarını yaşayış yerindən yüz metrdən çox olmayan məsafədə gəzdirə biləcəklər. 

- Şəhər ərazisində insanların hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq və yaşadıqları ərazidən müəyyən edilən məsafədən uzaq getmələri üçün xüsusi buraxılış icazəsi lazım olacaq. Buraxılış icazəsi hökumət tərəfindən təqdim ediləcək. 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri