30 
Mar
2020
22:58
44
635
7512
Virtual karabakh

Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

30 Mar, 2020
22:58
7512

Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə koronavirusa yoluxma hallarının sayı artmağa davam edir. 

Oxu.Az xəbər verir ki, son gün ərzində xəstələrin sayı daha 1600 nəfər artaraq, 10 827-ə çatıb. 

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. 

O qeyd edib ki, daha 37 nəfər koronavirusun qurbanı olub, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib. 

“Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş xəstə var. Bu gün 37 nəfəri itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 xəstə sağaldı, 725 nəfər reanimasiyadadır”, - deyə nazir “Twitter”də paylaşım edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri