31 
Mar
2020
07:13
314
37
7730
Virtual karabakh

Polşada ailəsini koronavirusa yoluxdurmaqdan qorxan kişi üç gün maşında yaşadı

31 Mar, 2020
07:13
7730

Polşada ailəsini koronavirusa yoluxdurmaqdan qorxan kişi üç gün maşında yaşadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın Ostruv-Velikopolski şəhərinin sakini ailəsini koronavirusa yoluxdurmamaq üçün üç gün maşında yaşamalı olub.

“Onet.pl” xəbər verir ki, xaricdən ölkəyə qayıdan həmin şəxs yolda özünü pis hiss edib və doğma şəhərinə çatdıqda ilk növbədə xəstəxanaya gedib.

Həkimlər onun bronxitə tutulmasını müəyyən ediblər. Bundan əlavə, ondan koronavirusla bağlı təhlillər götürülüb və kişi evə buraxılıb.

Lakin o, ailəsini xəstəliyə yoluxdurmaqdan qorxduğu üçün evə getməkdən imtina edib.

“Onda sadəcə bronxit var idi. Bu diaqnozla heç kimi karantinə almırlar”, - deyə həkim Ancey Belinski qeyd edib.

Təhlillərin nəticələrini gözləyən kişi üç gün ərzində maşında yaşamalı olub.

Onda koronavirus olmadığı müəyyən ediləndən sonra polşalı sevincli şəkildə evinə qayıdıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri