31 
Mar
2020
11:56
236
89
5475
Virtual karabakh

İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

31 Mar, 2020
11:56
5475

İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsraildə COVID-19 pandemiyasından ölənlərin sayı 18 nəfərə çatıb, 4 831 şəxs virusa yoluxub.

Ynetnews.com xəbər verir ki, ötən gün vəfat edən iki nəfər koronavirus xəstəsi İsrailin “Tel-a-Şomer” kliniki mərkəzində müalicə alırdı.

İsrail Səhiyyə Nazirliyinin son məlumatına əsasən, hazırda 83 xəstənin vəziyyəti ağırdır. Sağalan 163 nəfər isə evə buraxılıb.

Rəsmilər virusa yoluxanların əksəriyyətinin ultraortodoksal icmaların üzvləri olduğunu elan edəndən sonra İsrailin hüquq-mühafizə orqanlarının əməkdaşları sinaqoqlarda və ultraortodoksalların yaşadıqları məhəllələrdə reydlər keçirib.

Təhlükəsizlik qaydalarını pozan üç nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri