Apr
2020
15:05
539
67
21650
Virtual karabakh

Alimlər koronavirusu məhv etmək üçün “ölümcül silah” hazırladılar

1 Apr, 2020
15:05
21650

Alimlər koronavirusu məhv etmək üçün “ölümcül silah” hazırladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın “Skolkovo” İnnovasiya Mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə üsulu tapıblar. Sözügedən üsulun hətta koronavirusa qarşı da “ölümcül silah”a çevrilə biləcəyi qeyd olunur.

Bu barədə “İzvestiya” məlumat yayıb.

Mütəxəssislər iddia edirlər ki, sözügedən “silah” “Meqnaril” adı verdikləri, soyuq plazma ilə emal edilmiş sudur.

Alimlərin sözlərinə görə, müəyyən kimyəvi proseslərin nəticəsində maye daxilində “aqressiv” oksigen və hidrogen formaları, həmçinin, hipoxlor turşusu yaranır. Bu maddələr virusların hüceyrələrini məhv edir.

Bu cür suyu həm maskaların, həm də müxtəlif səthlərin işlənməsi üçün, eyni zamanda, havaya püskürmək üçün istifadə etmək mümkündür. Maye insanlar üçün təhlükəsizdir və kifayət qədər ucuz başa gəlir (min litr üçün təxminən iki manat).

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri