Apr
2020
14:10
170
44
6132
Virtual karabakh

Koronavirusa yoluxanlara nəzarət etmək üçün xüsusi proqram hazırlandı

1 Apr, 2020
14:10
6132

Koronavirusa yoluxanlara nəzarət etmək üçün xüsusi proqram hazırlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya paytaxtında koronavirusa yoluxan və evdə müalicə alan xəstələrin təcrid rejimini izləyən xüsusi mobil tətbiq hazırlanıb.

Bu barədə Moskva İnformasiya Texnologiyaları İdarəsinin rəhbəri Eduard Lısenko “Exo Moskvı” radiosunun efirində bildirib.

Tətbiqin tam versiyasına giriş sabahdan etibarən mümkün olacaq.

Tətbiqi quraşdırmaq üçün smartfonları olmayanlar bu qurğularla təmin ediləcək. Lakin karantin müddəti bitdikdən sonra xəstədən telefonu qaytarmaq tələb olunur.

E.Lısenkonun sözlərinə görə, proqram yoluxan xəstənin evdə olmasına nəzarət etməyə imkan verir.

O, eyni zamanda qeyd edib ki, tətbiq xəstənin şəxsi məlumatlarına daxil olmayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri