Apr
2020
16:11
134
30
2527
Virtual karabakh

NATO koronavirusun yayılması ilə əlaqədar təcili toplanır

1 Apr, 2020
16:11
2527

NATO koronavirusun yayılması ilə əlaqədar təcili toplanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO (North Atlantic Treaty Organization - Şimali Atlantika Müqaviləsi Təşkilatı) koronavirus epidemiyası səbəbindən hərəkətə keçib.

Dünyada minlərlə insanın ölümünə səbəb olan və yüz minlərlə insanın yoluxduğu koronavirus epidemiyasına görə, sabah NATO Xarici İşlər nazirlərinin təcili toplantısı keçiriləcək.

Bu barədə Sondakika.com xəbər yayıb.

NATO koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkələri ciddi tədbirlər görməyə dəvət edir.

Martın 30-na olan məlumata görə, Brüsseldə yerləşən NATO qərargahının beş əməkdaşında koronavirus aşkarlanıb.

Dəqiq sayı məlum olmasa da, dünyanın müxtəlif ərazilərində hərbi missiyalarda iştirak edən hərbçilər arasında yoluxma hallarının baş verdiyi bildirilir.

Qərargahda işçilərin və iclasların sayının azaldılması ilə yanaşı, vacib olmayan səfərlərə də qadağa qoyulub.

NATO müttəfiqlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan bəzi təlimlər də COVID-19 səbəbi ilə ləğv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri