Apr
2020
09:36
57
204
9931
Virtual karabakh

ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib

2 Apr, 2020
09:36
9931

ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ kəşfiyyatı Çinin yeni tip koronavirus epidemiyası ilə bağlı yoluxma və ölü sayını olduğundan az göstərərək, xəstəliyin əsl miqyasını gizlətdiyini iddia edir.

Bu barədə “Bloomberg” adını açıqlamadığı üç ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Amerika kəşfiyyatı Çinin bütün dünyanı COVID-19-un əsl miqyası ilə bağlı aldatması haqqında hesabat hazırlayıb. Sözügedən hesabat ötən həftə Ağ Evə təqdim edilib.

Agentlik qeyd edir ki, Çin Uhanda epidemiyanın aşkarlanmasından sonra yalnız xəstəliyin simptomları aşkarlanan insanları statistikaya əlavə edib.

Məlumatda Çinlə yanaşı İran, Rusiya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Misirin də açıqladığı rəqəmlərin şübhəli olduğu vurğulanır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri