Apr
2020
09:45
392
21
5299
Virtual karabakh

Üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəldi - FOTO

2 Apr, 2020
09:45
5299

Üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəldi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın Kent qraflığında üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəlib.

“The Mirror” nəşri xəbər verir ki, 39 yaşlı Karen Mannerinq hamiləliyinin səkkizinci ayında koronavirusa yoluxub.

O, gözlərində ağrı və hərarətlə martın 12-də xəstəxanaya müraciət edib.

38,5 və 39,9 dərəcə hərarəti olan qadın ağ ciyərlərində dəhşətli ağrılar olduğunu deyib:

“Ən dözülməzi gözlərimdə olan ağrı idi. Ağrıdan gözümü açıb baxa bilmirdim”.

Xəstəxanaya yatırılandan dörd gün sonra həkimlər ona koronavirus və ikitərəfli pnevmoniya diaqnozu qoyublar.

Bir həftə müalicə alan qadın sonradan bu prosesi evində davam etdirib.

İndi sağalan və evində karantində olan qadın yalnız dünyaya gələcək körpəsinin sağlamlığından nigarandır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri