Apr
2020
11:26
22
216
7121
Virtual karabakh

Yediyi tomat pastasından koronavirusa yoluxduğunu anladı

2 Apr, 2020
11:26
7121

Yediyi tomat pastasından koronavirusa yoluxduğunu anladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Zelandiyada 23 yaşlı oğlan tomat pastası yeyəndən sonra koronavirusa yoluxduğunu anlayıb.

“Daily Mail” xəbər verir ki, Coşua Dent tomatın metalabənzər dad verməsinə görə koronavirusa yoluxduğundan şübhələnib.

Xəstəxanaya müraciət edən oğlanın testi pozitiv çıxıb.

O, xəstəliyin ilk əlamətlərini Avropa səyahətindən qayıdandan sonra hiss edib. Yolda burnu axıb və boğazı ağrıyıb. Sonra isə halsızlıq başlayıb.

Evə çatanda yediyi tomatın dadını hiss etməyən Dent başqa markadan olan eyni qidanın da dadını hiss etməyib. Maraqlı olan onun başqa qidaların dadında dəyişiklik hiss etməməsi olub.

Artıq sağalaraq evində karantində olan Dentin ilk gördüyü iş tomatlı sendviç yemək olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri