Apr
2020
15:16
240
83
5790
Virtual karabakh

İran ABŞ obyektlərinə hücuma hazırlaşır? - Zərif cavablandırdı

2 Apr, 2020
15:16
5790

İran ABŞ obyektlərinə hücuma hazırlaşır? - Zərif cavablandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident Donald Trampın ABŞ obyektlərinə yeni hücumların hazırlanması ilə bağlı açıqlamasına İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Twitter”də cavab verib.

Bu barədə Lenta.ru xəbər yayıb.

Xarici işlər nazirinin sözlərinə görə, İran müharibələrə başlamır, amma bunu edənlərə dərs verir. Eyni zamanda, nazir bəyan edib ki, Tehran yalan danışan, fırıldaqçı və sui-qəsd edən ABŞ-dan fərqli olaraq, yalnız özünümüdafiə mövqeyində hərəkət edir.

Bundan əvvəl Prezident Tramp “Twitter”də Vaşinqtonun İraqdakı iranpərəst qruplar tərəfindən mümkün hücuma cavab verməyə hazır olduğunu bildirib. O qeyd edib: “Bizdə nəsə planlaşdırdıqları barədə məlumat var”.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri