Apr
2020
15:48
17
387
3957
Virtual karabakh

Bolnisidə 19 yaşlı hamilə qadında koronavirus aşkarlanıb

2 Apr, 2020
15:48
3957

Bolnisidə 19 yaşlı hamilə qadında koronavirus aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın karantinə alınmış Bolnisi şəhərində hamilə qadın koronavirusa yoluxub.

Bu barədə “Qruziya Online” Kvemo Kartli vilayətinin qubernatoru Şota Rexviaşviliyə istinadla xəbər verib.

“19 yaşlı hamilə qadın Birinci Universitet Xəstəxanasına (Tbilisidə - red.) köçürülüb”, - deyə qubernator bəyan edib.

O, bölgədə aşkar olunan bütün dörd yoluxma halının hamısının Azərbaycana səfərlərlə əlaqəli olduğunu deyib.

Qeyd edək ki, martın 23-dən etibarən azərbaycanlıların kompakt yaşadıqları Marneuli və Bolnisi bələdiyyələrində karantin elan edilib, şəhərlərdən çıxış qadağan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri