Apr
2020
17:22
406
157
21000
Virtual karabakh

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi - VİDEO

2 Apr, 2020
17:22
21000

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərib. 

Baku.Tv xəbər verir ki, Türkiyə mətbuatında yer alan bir videoda həmyerlimiz, rejissor Kənan Musayevin çəkdiyi videogörüntünü Prezident Rəcəb Tayyib Ərdoğan Qranadada oxunan azan kimi dinləyib.

Görüntü “Sabah”, “Axşam”, “Hürriyet”, “Ulduz” nəşrlərində, “TRT Haber”, T24, ATV , ShowTV və “Star” telekanallarının xəbər buraxılışlarında yayımlanıb.

Türkiyə mətbuatı bu görüntülərin İspaniyanın Qranada şəhərində qeydə alındığını iddia edib. Türklər sosial şəbəkələrdə bu məlumatı “Azan 500 il ərzində ilk dəfə İspaniyanın Qranada şəhərində” başlıqları ilə paylaşıblar. 

Əslində isə, video Balakəndə çəkilib. Görüntülər də həmyerlimiz Kənan Musayevindir. 

O, Balakənin mərkəzində yerləşən minarənin videosunu çəkib və üzərinə iranlı musiqiçi Mehdi Yarrahinin ifa etdiyi azan səsini əlavə edib. Videoda görünən məscid Balakənin Cümə məscididir. Kadrların müəllifi Kənan Musayevin sözlərinə görə, bu video ilə bağlı çox məyus olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri