Apr
2020
17:39
261
43
1844
Virtual karabakh

Kanadanın baş naziri: “Bizim üçün prioritet həkimlərimizin sağlamlığıdır”

2 Apr, 2020
17:39
1844

Kanadanın baş naziri: “Bizim üçün prioritet həkimlərimizin sağlamlığıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın federal hökuməti koronavirusla mübarizə aparan həkimlərin müdafiəsini təmin edən tibbi avadanlıqların alınmasına 2 milyard dollar məbləğində vəsait ayırıb.

“Ukrinform” agentliyi xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo açıqlama verib.

Baş nazir qeyd edib ki, Kanada hökuməti üçün tibb işçilərinin sağlamlığı və onların mühafizə edilməsi başlıca məsələdir.

Castin Trüdo vurğulayıb ki, bu günə qədər Kanadanın səhiyyə sistemində avadanlıqların çatışmazlığı müşahidə olunmayıb, lakin həkimlər COVID-19 epidemiyasının inkişafının ən pis ssenarilərinə hazır olmalı və qabaqlayıcı tədbirlər görməlidirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri