Apr
2020
19:24
36
369
22189
Virtual karabakh

Koronavirusun daha bir simptomu aşkarlandı

2 Apr, 2020
19:24
22189

Koronavirusun daha bir simptomu aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pandemiya elan olunan koronavirusun yeni simptomu müəyyən edilib.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, Böyük Britaniyanın Qulaq, Burun, Boğaz Tibb Birliyi (ENT UK) bununla bağlı açıqlama verib.

Bildirilir ki, qoxu bilmə hissinin itməsi koronavirusun simptomlarından biridir.

Dadbilmənin yoxa çıxması da bununla əlaqəli yaranır.

Almaniyada virusa yoluxan hər üç nəfərdən ikisinin qoxubilmə hissini itirdiyi bildirilir.

Cənubi Koreyada da virusa yoluxan xəstələrinin 30 faizinin müvəqqəti olaraq qoxu hissini itirdiyi qeyd edilir.

Virusun sürətlə yayılmasının əsas səbəbi bəzi xəstələrdə yalnız bu simptomun olduğu və onların koronavirus şübhəsi yaratmamalarıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri