Apr
2020
10:51
38
564
16956
Virtual karabakh

Virusoloqdan qorxulu açıqlama: “Koronavirus heç vaxt bizi tərk etməyəcək”

4 Apr, 2020
10:51
16956

Virusoloqdan qorxulu açıqlama: “Koronavirus heç vaxt bizi tərk etməyəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünya əhalisinin 70 faizi bu infeksiyaya yoluxacaq”.

Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq Vitali Zverev “Rossiya-1” kanalında “60 minut” verilişində açıqlama verib.

O, bu virusun əbədi olaraq bəşəriyyətdə qalacağını dərk etməyə çağırıb.

“Başa düşməlisiniz ki, bu virus insanlığa bu gün üçün, yaxud yaya, payıza qədər gəlməyib. O, uzun illər, bəlkə də, əbədi olaraq bizimlə qalacaq”, - deyə o bildirib.

Virusoloq, müxtəlif hesablamalara görə, daha da çox insanın koronavirusa yoluxa biləcəyini ifadə edib.

Bununla belə, Zverev COVID-19-dan ölüm nisbətinin qriplə müqayisədə daha az olduğunu vurğulayıb.

“Və bu, adenovirus ilə, qriplə olduğu kimi yaşayacağımız infeksiyadır”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri