Apr
2020
03:25
47
225
3795
Virtual karabakh

Boris Consonun hamilə nişanlısı özünütəcriddədir - COVID-19-un simptomları aşkar edildi

5 Apr, 2020
03:25
3795

Boris Consonun hamilə nişanlısı özünütəcriddədir - COVID-19-un simptomları aşkar edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Baş naziri Boris Consonun hamilə nişanlısı Kerri Saymonds özündə koronavirusun əlamətlərini aşkar edib.

Bu barədə o, özünün “Twitter” hesabında yazıb. 

“Mən ötən həftəni koronavirusun əsas simptomları ilə yataqda keçirdim. Test etməyə ehtiyac yoxdur. Yeddi gün istirahət etdikdən sonra özümü daha yaxşı hiss edirəm və  artıq sağalmağa doğru gedirəm”, - deyə Saymonds yazıb.

O əlavə edib ki, hamiləlik zamanı COVID-19-a yoluxmaq çox təhlükəlidir.

Xatırladaq ki, koronavirusa yoluxduğu üçün Britaniyanın Baş naziri də artıq bir həftədir  “özünütəcriddədir”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri