Apr
2020
01:48
37
122
3143
Virtual karabakh

Hindistanda koronavirusla mübarizədə qatarlardan istifadə ediləcək - FOTO

7 Apr, 2020
01:48
3143

Hindistanda koronavirusla mübarizədə qatarlardan istifadə ediləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın dövlət şirkəti “Indian Railways” (Hindistan Dəmir Yolları) qoruyucu kostyum istehsalına başlayacaq və beləliklə koronavirusla mübarizəyə kömək edəcək.

Bu barədə ölkənin Dəmir Yolları və Ticarət naziri Piyuş Goyal öz “Twitter” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, tibb işçilərinə kömək etmək üçün məhsul böyük həcmdə istehsal ediləcək. Bundan əlavə, Goyal daha əvvəl “Twitter”də köhnə qatarların xəstələr üçün səyyar palatalara çevriləcəyini bildirib:

“Xəstələrin sağalması üçün təmiz, dezinfeksiya edilmiş və sağlam bir mühit təmin ediləcək”.

Ümumilikdə xəstələr üçün hərəsində 16 yer, həkim və tibb bacıları üçün bir otaq, eləcə də saxlama avadanlıqları olan 20 min vaqon ayırmaq planlaşdırılır. Bu cür qatarlar ölkənin istənilən yerinə göndərilə bilər.

CNN-in məlumatına görə, Hindistanda sərnişin dəmir yolu xidmətləri martın 25-dən aprelin 14-dək bağlanıb. Bu hadisə 167 ildə ilk dəfə baş verib. Eyni zamanda, yük daşınması davam edir. Adi günlərdə Hindistanda dəmir yollarında gündə 20 mindən çox sərnişin qatarının hərəkət etdiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri