Apr
2020
11:50
84
22
2923
Virtual karabakh

Aİ Komissiyası: “Marşal Planı”na ehtiyac var

6 Apr, 2020
11:50
2923

Aİ Komissiyası: “Marşal Planı”na ehtiyac var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen koronavirusdan zərər görən ittifaq ölkələrinə kömək üçün “Marşal Planı”na ehtiyac olduğunu deyib.

“HaberGlobal” məlumat verir ki, Leyen “Welt” qəzetinə açıqlamasında bu barədə danışıb.

O, Avropanın görünməmiş bir iqtisadi böhranla üzləşdiyini, bu vəziyyətdən çıxmaq üçün daha çox vəsaitə ehtiyac olduğunu qeyd edib.

Leyen böyük investisiyaların Aİ büdcəsinə daxil edilməli olduğunu vurğulayaraq, bütün ölkələr tərəfindən həmrəylik vasitəsi kimi qəbul edilən büdcəni böhrana uyğun formalaşdırmağa çağırıb.

Qeyd edək ki, “Marşal Planı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropa ölkələri üçün tətbiq etdiyi iqtisadi yardım paketidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri